Türkiyədə PKK polis maşınını partladıb
Türkiyənin Yüksekova ərazisində terror təşkilatı PKK-nın yola çəkdiyi partlayıcı, zirehli polis maşınının keçidi zamanı partlayış baş verib. Hadisədə can itkisi və yaralanan olmayıb. Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Yüksekova-Şəmdinli avtomobil yolunda dünən gecə terroristlər tərəfindən yerləşdirilən əl istehsalı partlayıcı bölgədə patrul vəzifəsində olan zirehli polis maşını keçərkən partlayıb.