Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilib
Türkiyənin Ağrı əyalətində Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilib. Maide.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, boru xəttinə partlayıcı qurğunu PKK silahlıları tərəfindən yerləşdirildiyi ehtimal edilir. Xatırladaq ki, iyulun sonunda Ağrı əyalətində İran-Türkiyə magistral qaz xəttinin 15 km-də partlayış baş vermişdi. Partlayışdan sonra yaranan yanğını qısa müddət ərzində söndürmək mümkün olmuşdu.