Maide.az

Tramp Qüdslə bağlı qərarını bu gün rəsmən açıqlayacaq

Ağ Ev prezident Donald Trampın işğalçı İsrailə dəstək məqsədilə ABŞ-ın Qüdsü sionist İsrailin paytaxtı kimi tanıdığını elan edəcəyini və Təl-Əvivdəki Amerika səfirliyinin Qüdsə daşınması hazırlıqları üçün göstəriş verəcəyini açıqladı.   Maide.Az-ın məlumatına görə,  bu barədə yüksəkrütbəli Ağ Ev rəsmisi deyib.   "6 dekabr tarixində Amerika Birləmiş Ştatları Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq",-deyə o jurnalistlərə bildirib.   ABŞ rəhbərliyinin 1995-ci ildəki Qüds Səfirlik Qanununa görə İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyin Qüdsə daşınması nəzərdə tutulur. Ancaq sözügedən qanun 22 ildir ki, Bill Klinton, Corc Buş və Barak Obamanın prezidentlik dövrlərində hər 6 ayda bir "milli təhlükəsizlik" səbəbi ilə təxirə salınırdı.     D.Trampın Qüdslə bağlı açıqlaması bundan öncə  Ərəb Birliyi ölkələri,  İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələr, eləcədə bir çox beynəlxalq qurumlar və ölkə rəhbərləri tərəfindən qınanmışdır. Trampın bu addımı müsəlmanlara qarşı hörmətsizlik kimi qiymətləndirilir.    Xatırladaq ki, bundan öncə D.Trampın dekabrın 4-də  Qüdslə bağlı qərarını açıqlayacağı bildirilsədə həmin gün bu baş tutmadı və Ağ ev elan etdiki, qərar gələcək günlərdə açıqlanacaq.