Toza görə 1353 nəfər xəstəxanalıq oldu
Bölgədə baş vermiş tufan, toz-topağa görə, nəfəs almada çətinlik çəkən 1353 nəfər xəstəxanalara müraciət edib. Maide.Az xəbər verir ki, bunu İranın Sistan və Bəluçistan əyalətinin Zabil şəhər səhiyyə idarəsinin rəisi Əli Əkbər Nəsiri deyib. O bildirib ki, bu şəxslər nəfəs almada və ürəklərində problem yaşadıqları ötən gecədən səhərə kimi xəstəxanalara müraciət edən şəxslərdir. “Müraciət edən şəxslərdən 30 nəfəri xəstəxanada yatızdırılıb, digərləri isə ambulatory müayinədən sonra evə burxılıb”. Ə.Ə. Nəsiri deyib ki, bölgədəki bütün xəstəxanalar və səhiyyə ocaqları hazırlıq vəziyyətinə gətirilib. Qeyd edək ki, güclü külək və toz Sistan və Bəluçistan əyalətinin Zabil, Hirmənd, Zəhək, Nimruz və Hamun şəhərlərində havanın çirkliliyi böhran həddinə çatıb. Ötən gün Sistan və Bəluçistan əyalətində dövlət idarələri toza görə tətil olub.