Maide.az

Tovuzda qaya parçaları avtomobil yoluna tökülüb

Tovuzda yağan yağışlar nəticəsində qaya parçaları avtomobil yoluna tökülüb.   APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Qoşa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.   Nəticədə nəqliyyatın hərəkətində fasilə yaranıb.   Müvafiq qurumların əməkdaşları yolu iri daşlardan təmizləyiblər və hərəkət bərpa olunub. /