Maide.az

Tovuzda 4 yaşlı uşaq yandı

Tovuzda 4 yaşlı uşaq yanıq xəsarətləri alıb.   Maide.Az  Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 2015-ci il təvəllüdlü F.Əkbərov yaşadığı evdə içində qaynar su olan qabı üzərinə aşırıb və nəticədə yanıq xəsarətləri alıb.   Azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.   Faktla bağlı araşdırma aparılır.