`Toshiba`nın rəhbəri maliyyə böhranı səbəbindən istefa verib
Yaponiyanın "Toshiba" şirkətinin Direktorlar Şurasının sədri Siqenoriv Siqa bu gün istefa verdiyi açıqlayıb. "APA-Economics" "Euronews" telekanalına istinadən xəbər verir ki, atdığı addımın səbəbi kimi S. Siqa maliyyə böhranını göstərib. O istefaya getdiyini açıqlamamışdan öncə məlum olub ki, şirkət nüvə sənayesində 6 mlrd. dollarlıq zərərlə üzləşib. Bundan öncə konqlomerat maliyyə hesabatının açıqlanmasını təxirə salıb. Maliyyə hesabatının açıqlanması azı 1 aylıq təxirə salınıb. S. Siqa istefaya getdiyini açıqladıqdan sonra şirkətin səhmləri 8% ucuzlaşıb. /