Maide.az

Torontoda Halal Yemək Festivalı keçiriləcək

Torontonun Mississauga qəsəbəsində iyulun 15-16-da Amerikanın şimalında ən böyük Halal Yemək Festivalı təşkil olunacaq.    Maide.Az “Radio Canada International”-a istinadən xəbər verir ki, festivalda dünyanın hər bi yerindən 100-dən çox halal restoran, çörəkbişirmə müəssiələri və ərzaq-satış mağazaları iştirak edəcək.    İkigünlük festivala 35 mindən çox insanın qatılacağı gözlənilir. Festival çərçivəsində 200-dən çox stendt quraşdırılıb və halal yeməklər həmin stendtlərdə sərgilənəcək.    Kanadada son illər müsəlmanların sayı artdığı üçün halal yeməklərə tələbatda artıb.   Kanada halal yemək bazarı 1 milyard dollardan çox dəyəri var və 2031-ci ilədək Kanada müsəlmanlarının sayınn 3 dəfə artacağı proqnozlaşdırılır. /