Maide.az

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.   Maide.Az xəbrə verir ki, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala yiyələnib.   Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.   Digər tərəfdən, Kindzerska Azərbaycana medal qazandıran ilk qadın cüdoçu olub. Müstəqillik dövründə əvvəlki medalları kişi cüdoçular əldə edib.