Maide.az

Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçilib

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu haqqında bu gün, martin 23-də Nizami Rayon Məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.   Maide.Az "azadliq.org"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə prosesdən sonra vəkil Elçin Sadıqov məlumat verib.   Onun deməsinə görə, prosesin hakimi Nəriman Mehdiyev olub: «Tofiq Yaqublu özünü təqsirli bilmir, təbii ki, qərardan apellyasiya şikayəti verəcəyik. Qərarı tamamilə əsassız və qanunsuz hesab edirik».   Vəkilin deməsinə görə, T.Yaqublu 3 saylı İstintaq Təcridxanasına aparılacaq.