Maide.az

Tümendə quşçuluq fabrikində yanğın olub: 6 nəfər ölüb, 3 nəfər zəhərlənib

Yanğının başvermə səbəbi araşdırılır   Rusiyanın Türmen vilayətinin Yurqin kəndində quşçuluq fabrikindəki tikinti meydançasında baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 3 nəfər zəhərlənib.   “Report” “İnterfax”a istinadən xəbər verir ki, hadisə Yurqin kəndindən 7 km aralı quşçuluq fabrikinin tikinti sahəsində məişət vaqonunda olub.   Yanğın 32 kvadratmetr sahəni əhatə edib.   Məlumatda bildirilib ki, yanğın məhsullarından zəhərlənən 3 nəfər xəstəxanaya yerləşdirilib.   Yanğının başvermə səbəbi araşdırılır. /