Maide.az

İtkin düşmüş rusiyalı tələbə Türkiyə-Suriya sərhədində saxlanılıb

Moskva Dövlət Universitetinin itkin düşmüş tələbəsi Varvara Karaulova Türkiyə-Suriya sərhədində yerləşən Kilis şəhərində saxlanılıb.   Rusiyanın Ankaradakı səfirliyindəki mənbə bildirib ki, V. Karaulova dünən qeyri-qanuni yolla Suriyaya keçməyə cəhd edərkən saxlanılıb.   “Yaxın zamanda o, Rusiyaya deportasiya olunmaq üçün Türkiyə Miqrasiya xidmətinə təhvil veriləcək”, - deyə mənbə bildirib.   Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi V. Karaulovanın qeyri-qanuni silahlı birləşmədə iştirakla bağlı materialları toplayıb istintaqa vermək niyyətindədir.(apa)