Maide.az

İtkin düşənlərdən 6-nın cəsədi tapıldı

Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib.   Maide.az nazirliyin saytına istinadən xəbər verir ki, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.