Times: IŞİD Suriya və İraqda yenidən təşkilatlanır
İngiltərənin “Times” qəzeti yazır ki, İŞİD Suriya və İraqda xaos mühitindən istifadə edərək yenidən təşkilatlanır. Maide.Az “BBC”-ə istinadən yazır ki, “Times” qəzeti İŞİD Suriyada qısa bir zamanda Halep, Hama və İdlib əyalətləri sınırındakı 400 metrlik bir ərazini ələ keçirib, İraqda isə İŞİD son 3 ay yarımda ən az 440 bombalı hücum, qarşıdurma və sui-qəsd təşkil edib. Terrorçular Diyala əyaləti, Mosul vilayəti və ƏbuBəkr Əl-Bağdadinin gizləndiyi deyilən Ənbar əyalətində təsirə malikdir. Oktyabr ayının sonlarından bəri 390 iraqlı mülki vətəndaş və 142 təhlükəsizlik əməkdaşı terrorçular tərəfindən öldürülüb. Qəzet bu hücumları İŞİD-in yenindən təşkilatlanması kimi dəyərləndirib.