Maide.az

Tibbi avadanlıq çatışmazlığı Suriyada kritik səviyyədədir

Suriyada kifayət qədər tənəffüs cihazlarının olmaması səbəbindən "Kovid-19" ilə əlaqəli ciddi problemin olduğu bildirilir və Qərb ölkələrinin sanksiyaları tibbi avadanlıqların çatdırılmasının qarşısını alır.   Maide.Az xəbər verir ki, Suriyaya qaçqınların qaytarılması üzərində çalışan Rusiya və Suriya Qurumlararası Koordinasiya Mərkəzinin həmsədrləri Mixail Mizintsev və Hüseyin Mahluf ölkədə yeni növ koronavirus (Kovid-19) epidemiyası nəticəsində yaranan vəziyyətlə əlaqədar ortaq açıqlama veriblər.   RİA Novosti xəbər verir ki, Mizintsev və Mahluf tənəffüs cihazının çatışmazlığının kritik səviyyədə olduğunu və Qərb ölkələrinin sanksiyalarının tibbi avadanlıqların verilməsinə mane olduğunu qeyd edərək, Rukban qaçqın düşərgəsindəki epidemioloji vəziyyətin ciddi narahatlıq doğurduğunu deyib.   Rusiya və Suriya rəsmiləri, "görülən işlərə baxmayaraq, Suriya hökumətinin yoluxmuş insanlara diaqnoz və yardım göstərmək imkanları olduqca məhduddur. Ölkədə hər gün təxminən 100 test aparılır. Səhiyyə müəssisələrində cəmi 25 min çarpayılıq yer var və tənəffüs cihazlarının kritik çatışmazlığı var", - deyə bildiriblər.   Suriyadakı səhiyyə sisteminin qarşıdurmalar səbəbindən ağır zərər çəkdiyini və "Kovid-19" ilə mübarizə üçün səhiyyə sisteminin yenidən qurulmasının yalnız beynəlxalq yardımla mümkün olacağını qeyd edən səlahiyyətlilər, Qərb ölkələrinin sanksiyalarının bunun qarşısını aldığını bildirirlər.   Səlahiyyətlilər, ABŞ-ın nəzarətində olan Tanf bölgəsindəki Rukban qaçqın düşərgəsindəki epidemioloji vəziyyətin ciddi narahatlığa səbəb olduğunu söyləyirlər: "ABŞ bu bölgənin qanunsuz işğalını davam etdirir və suriyalılara kömək etmək istəmir. ABŞ-ın qaçqınların düşərgələri tərk etmələrini və bölgələrin Suriya hökumətinin nəzarəti altına keçməsinin qarşısını alır."   "ABŞ Tanfdakı suriyalıların ehtiyaclarını ödəyə biləcək qədər güclü deyilsə, ABŞ əsgərləri dərhal ərazini tərk etməli və bölgədəki nəzarəti Suriya hökumətinə buraxmalıdırlar", - səlahiyyətlilər əlavə ediblər.