Tezliklə Kəbədə təvaf bərpa ediləcək
Məkkə şəhərindəki Məscidul-Həram və Mədində şəhərindəki "Məscidun-Nəbi (s)" hərəmləri tezliklə açılacaq. Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, bu barədə hərəmlərin rəsmi intaqram hesabında məlumat verilib. Məlumatda bildirilir: "Bütün müsəlmanlara müjdə vermək istəyirəm. Tezliklə İki Müqəddəs Məsciddə hər şey normal vəziyyətə qayıdacaq. Kəbədə təvaf bərpa ediləcək və Peyğəmbərimizi (s) ziyarəti mümkin olacaq." Bununla yanaşı, məlumatda məscidlərin rəhbərliyinin bu məsələdə tələsmədiyini qeyd olunub. Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı koronavirus epidemiyası ilə əlaqədar Məkkə şəhərindəki Məscidul-Həram və Mədində şəhərindəki "Məscidun-Nəbi (s)" hərəmlərini ziyarət etməyi qadağan edib.