Maide.az

Texasda ATIŞMA - 8 nəfər öldü

Axşam saatlarında Texas ştatının Pleyno şəhərində atışma baş verib. Trend-in məlumatına görə, atışma nəticəsində silahlı hücum edən də daxil olmaqla azı 8 nəfərin öldüyü bildirilir.   Hüquq-mühafizə orqanlarının əməkdaşı Devid Tillinin sözlərinə görə, insident axşam saat 8 radələrində evlərin birində baş verib. Atışma baş verən kimi polisə məlumat daxil olub. Hadisə yerinə dərhal gələn polisin açdığı atəşlə də hücum edən şəxs məhv edilib.   2 nəfərin xəsarət aldığı da bildirilir, lakin onların vəziyyəti barədə hələ məlumat verilməyib.   D.Tillinin sözlərinə görə, hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib. Ölənlər arasında azyaşlıların olmaması bildirlib.