Terrorçular Mali Respublikasının şimalında 3 kəndə hücum edib, 51 nəfər öldürülüb
Terrorçular Mali Respublikasının şimalında 3 kəndə hücum edərək 51 nəfəri qətliam ediblər. Maide.Az “Reuters”ə istinadla xəbər verir ki, Mali ordu rəsmilərinin bildirdiyinə görə, terrorçular Malinin şimalında Niger Respublikası ilə sərhəd yaxınlığındakı üç kəndə Karo, Oataguna və Daotgoft kəndlərin hücum ediblər. Məlumata görə, terrorçular motosikletlə kəndlərə hücum ediblər. Qeyd edək ki, son illər Əl-Qaidə və İŞİD terror qruplaşmalarına bağlı yaraqlılarının Afrikanın qərb sahilində hücumları artmaqdadır, son illərdə Mali, Burkina Faso və Nigerdə minlərlə insan bu terror qruplarının qurbanı olub. Ötən çərşənbə günü Burkina Faso-Niger sərhədi yaxınlığında silahlı bir qrup 30 hökumət tərəfdarı mülki, əsgər və hərbçini öldürdü.