Maide.az

Terrorçular Hələbii vurdular

Suriyanın şimalında yerləşən Hələb şəhərinin yaşayış məntəqələri bir daha terrorçular tərəfindən minaatanlar və raketlərlə hədəfə alınıb.   Maide.Az beynəlxalq mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən üç uşağın dostu bu cür deyir: Oturmuşduq ki, raket gəldi və yanımdakı oyun yoldaşlarımdan 3-nü öldürdü.   Ötən bir ildə edilən hücumlar zamanı yaşayış məntəqələrinə və evlərə ağır zərər və ziyanlar dəyib və 90-dan çox adam həyatını itirib.   Suriyalı digər vətəndaş bunları deyir: Terrorçular Cenevrə müzakirələrində Suriya xalqının nümayəndəsi olduqlarını iddia edirlər, lakin elə həmin xalqı bu şəkildə qırırlar. 5000-dən çox xarici təkfirçi Hələbin Ənnüsrə Cəbhəsinə yardım etmək üçün Türkiyə yolu ilə Suriyaya daxil olublar. /