Terrorbaşı məhv edildi - VİDEO
Liviya ərazisində Amerika HHQ-nin aviahücumları nəticəsində “Əl-Qaidə” terror təşkilatına yaxın sayılan “Əl-Murabitun” qruplaşmasının başçısı Muxtar Belmuxtar ölüb. Maide.az-ın verdiyi məlumata görə, bu barədə Liviya hökuməti məlumatı verib. Assoşiteyted press-ə anonim mənbədən bildirilib ki, əməliyyatda 2 F-15 qırıcısı iştirak edib. Onlar 255 kq bombalardan istifadə ediblər. Qeyd edək ki, "Təkgöz" ləqəbi ilə tanınan əlcəzairli Muxtar Belmuxtar 2013-cü ildə ölkəsinlə qaz yataqlarına hücumların təşkilatçısı hesab olunurdu. Həmin hadisə zamanı 38 girov həlak olmuşdu.