Telegram 8,5 min kanalı blokladı
Telegram messencerinin yaradıcısı Pavel Durov deyib ki, oktyabr ayında "terrorçuluqla bağlı" 8,5 min kanalı blokalayıblar: "Əlbəttə ki, Telegram-ın administratorları messencerin qaydalarına hörmət etməlidirlər. Messencerin istifadəçiləri zorakılığı təbliğ edə bilməz". Durov bunu Telegram-dakı rəsmi kanalında yazıb. Bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti Telegram-a müraciət edərək bəzi şəxslərin şəxsi yazışmalarının şifrəsini açmağı istəmişdi. Teleqram bunu etmədiyi üçün məhkəmədə cərimələnmişdi.(azadliq.org)