Maide.az

Tehranda Quran tərcümələri sərgisi keçirilir

Tehranın Əllamə Təbətəbai adına Universtetində Quran tərcümələri sərgisi təşkil olunub.  Maide.az-ın məlumatına görə, Quranın müxtəlif dillərdə olan tərcümələri sərgidə nümayiş olunur. O cümlədən fars, rus, çin, alman,fransız, ingilis, türk, azərbaycan, ispan və digər dillərdə olan Quranlar həmçin, Quran tərcüməçiləri haqqında məlumatlar nümayiş olunur. Sərgi Tehranda dekabrın 14-dən başlayan Quran tərcüməsi üzrə Birinci Beynəlxalq Konfrans çərçivəsində keçirilir. Konfrans Tehran Universiteti və İran Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.//