Maide.az

Tehranda Ermənistan səfirliyi önündə aksiya keçirilib - FOTO

İranlı tələbələr Tehranda Ermənistan səfirliyi önündə Yerevanın İsraildə diplomatik nümayəndəlik açmasına qarşı etiraz aksiyası keçiriblər.   Trend-in məlumatına görə, iranlı tələbələr Ermənistana qarşı şüarlar səsləndiriblər.   Onlar Ermənistandan öz qərarına yenidən baxmağı və səfirini geri çağırmağı tələb ediblər: "Əks halda, Ermənistan İranla dostluq və sülh münasibətlərinə zərbə vurmuş olacaq".