Tehran-Dəməşq dəmir yolu xətti istifadəyə veriləcək
“Tehran-Dəməşq arasında dəmir yolları ilə səfərlərin başlaması üçün danışıqlar aparılır.” Maide.Az xəbər verir ki, bunu Suriya dəmiryolları idarəsinin baş direktoru Məhəmməd Ali Hasaneyn Mehr agentliyinə müsahibəsində deyib. M.Hasaneyn qeyd edib ki, “Al-Tanf” dəmir yolu xəttinin İran dəmir yolu xəttinə birləşdirilməsi üçün müzakirələr aparılır. “Suriya qüvvələrinin səyi və İranla məsləhətləşmələr nəticəsində ölkə ərazisi terrorçuların işğalından təmizlənib. Hazırda Suriyada dəmir yollları xətlərinin bərpası üçün səylər göstərilir”. O qeyd edib ki, biz öz dəmir yolu xəttimizin İran dəmir yolları xətlərinə birləşdirilməsi üçün tez bir zamanda işlərə başlayacağıq.