Maide.az

Tbilisidə antiterror əməliyyatı davam edir

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir.   Mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. Əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.   Məlumata əsasən, şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.   Yerli KİV terror təşkilatı ilə əlaqədə şübhəli bilnən 2 nəfərin saxlanılması barədə xəbər yayıb.   Hazırda hələ atışma səslərinin eşidildiyi bildirilir.(trend)