Maide.az

Tbilisidə `Əhli-Beyt (ə)` məscidində Fitr bayramı namazı- FOT

İyulun 6-da  Tibilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerləşən “Əhli-beyt” məscidində Fitr bayramı qeyd olunub. Maide.Az xəbər verir ki, məclis Qari İlkin Həsənovun Quran  tilavəti ilə başlayıb, təkbirlər oxunub. İlahiyyatcı Hacı Qurban Murquzovun imamlığı ilə bayram namazı qılınıb. Namaz bitdikdən sonra H.Qurban xütbəsində Fitr bayramının fəlsəfəsini açıqlayıb. Xütbənin davamında, son günlər, Müqəddəs ayda  qonşu Türkiyə və Bağdad və Mədinə şəhərində baş verən terror hadisələrinə toxunaraq müsəlmanların problemlərindən danışıb. Daha sonra Məscidin axundu Rahid Kərimov dualar oxuyaraq məclis sona çatıb. İştirakçılara bayram süfrəsi açılıb və yüzə yaxın fəqir ailəyə bayram töhvəsi paylanıb.