Maide.az

Tayvandakı güclü zəlzələdə ölənlərin sayı artıb -FOTO, VİDEO - YENİLƏNİB

Maide.az xəbər verir ki, beynəlxalq KİV-lərin məlumatına görə, ölənlərin sayı 7 nəfər çatıb, 380 nəfər isə xəstəxanaya yerləşdirilib   *** Cənubi Tayvandakı Taynan şəhərində güclü zəlzələ nəticəsində bir neçə bina uçub.   Maide.az xəbər verir ki, ilkin məlumata görə, 5 nəfər həlak olub,  150 nəfər yaralanıb.     Xilasedicilər indiyədək 240 nəfərdən çox insanı  bina uçuqlarının altından çıxarıb. .   6, 4 bal gücündə zəlzələ şənbənin erkən saatlarında, adamların yatdığı vaxtda baş verib.   Prezident Ma Ying-jeou 2 milyon əhalinin yaşadığı Taynan şəhərinə gəlib.   ABŞ Geoloji Müşahidə Mərkəzindən zəlzələnin “dayaz” olduğu bildirilir.   1999-cu ildə Tayvanda baş vermis 7, 6 bal gücündə zəlzələdə 2300 nəfər həlak olmuşdu. /