Maide.az

Tatarıstanda nazir müavini ev məhbusluğunda ölüb

Tatarıstanın ev məhbusluğunda olan keçmiş səhiyyə rəsmisi vəfat edib.   Tatarıstan Səhiyyə Nazirliyinin fevralın 8-də yaydığı bəyanatda keçmiş nazir müavini Yelena Şişmaryovanın vəfatı xəbəri təsdiq edilir.   Tatarıstanın səhiyyə naziri Adel Vafin deyib ki, “bu hadisə bizim üçün real bir faciə, yüksək səviyyəli peşəkarın itkisidir”.   Hüquq-mühafizə orqanlarına istinad edən bir sira medialar 52 yaşlı Şişmaryovanın fevralın 7-də vəfat etdiyini yazır.   Şişmaryova fevralın 3-də ona qarşı maliyyə fırıldağı və səlahiyyətlərini aşma ittihamları irəli sürüldükdən sonra ev məhbusu idi.   Hazırda onun ölümünün səbəbləri araşdırlır. (azadliq.org)