Tatarıstanda Məhəmməd peyğəmbərin (s) mövluduna hazırlıq gedir
Yanvarın 3-dən etibarən Tatarıstanda islam peyğəmbərinin (s) mövludu ilə bağlı müxtəlif tədbirlərə start verilcək. İslamazeri.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, keçiriləcək tədbirlərdə mərasim iştirakmılarına Məhəmməd peyğəmbərin (s) həyatı, İslam dini haqqında geniş məlumatlar verilcək. Bütün mərasimlər Qurani Kərimkin oxunması ilə başlayacaq. Keçiriləcək tədbirlərə Rusiyanın müxtəlif regionlarından müftilər dəvət olunublar. Qeyd edək ki, Rəbbiuləvvəl ayının 12-17 tarixləri bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd edirlər. /