Maide.az

Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar var

Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə birgə Tatarıstanda İŞİD terror təşkilatının özəyini aşkar edib.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, birgə xüsusi əməliyyat zamanı gizli terror özəyinin fəaliyyətinin qarşısı alınıb. Onların İŞİD-in xaricdəki rəhbərlərindən tapşırıqlar aldığı bildirilir.   Qrup üzvləri Rusiya Federasiyasının ərazisində bir sıra hay-küylü terror aktı törətməyi və Suriyadakı döyüşçülərə qoşulmağı planlaşdırırmış.   Əməliyyat zamanı 6 qrup üzvü və onların təsiri altına düşmüş 11 nəfər saxlanılıb. 18 ünvanda odlu silah və döyüş sursatları aşkar edilib.   Operativ-axtarış tədbirləri və istintaq fəaliyyəti davam etdirilir.