Tanınmış ruhani vəfat edib - FOTO
İyul ayının 29- da Biləsuvar rayonunun tanınmış ruhanisi , rəbbani alim Şeyx Hacı Əhməd (Molla Əhməd) 93 yaşında ilahi rəhmətə qovuşub. Maide.az-ın məlumatına görə, Şeyx Hacı Əhməd ölkəmizdə yarım əsrdən atıq İslamın çiçəklənməsində xidməti olmuş bir şəxsiyyət olub. O , hələ müstəqillik illərinin əvvəlində Azərbaycan İslam Partiyasının yaradıcılarından olub. Molla Əhməd ağa 1992-ci ildən İslam Partiyasının Biləsuvar rayonu üzrə sədri vəzifəsində çalışıb. Molla Əhmədin dəfn mərasimi iyul ayının 29-da onun yaşadığı Biləsuvar rayonunda baş tutub. Dəfn mərasimində Azərbaycanın müxtəlfi bölgələrindən möminlər iştirak ediblər. Allah rəhmət eləsin, ruhu şad olsun./