Maide.az

Tamamilə taxtadan inşa edilən zəlzələyədavamlı məscid - FOTO

İranın Nişapur şəhərində Çiba kəndində zəlzələyə davamlı məscidin görüntüləri yayımlanıb.  Məscid tamamilə taxtadan inşa edilib. Zəlzələ əleyhinə tikilən 2 minarəli məscidin sahəsi 200 kvadratmetr, hündürlüyü isə 13 metrdir. Tikintisi 2 il davam edən bu məscidin inşasında 40 ton taxta istifadə edilib. Qeyd edək ki, tamamilə taxtadan tikilən məscid turistlərin kütləvi ziyarət yerlərindən biridir. (faktxeber.com)