İtalyanın baş naziri 250 nəfərlik heyətlə İrana səfər edir
İtaliyanın baş naziri Matteo Rensi həftənin aprelin 12-də böyük nümayəndə heyəti ilə Tehrana səfər edəcək. Maide.az xəbər verir ki, M.Rensini bu səfərdə 250 nəfə müşaiyət edəcək. Onlar İtalyanın bir sıra siyasi və iqtisadi rəsmiləri, bank rəhbərləri, tacirlər və sənaye sahibləridir. Səfərdə İtalyanın ENİ neft-qaz korporasiyasının nümayəndələri də olacaq. İki günlük səfər zamanı İtalyalı nazir İran rəsmiləri ilə görüşəcək. İtalya və İran tacirləri, şirkət rəhbərlərinin iştirakı ilə biznesforum keçiriləcək. Həmçinin iki ölkə arasında turizm, ətraf mühit, dəmir yolu, texnologiya və elm sahəsində bir sıra sənədlər imzalanacaq. İrana qarşı sanksiyalar ləğv edildikdən sonra İtalya Avropa ölkələri arasında İranla münasibətləri inkişaf etməkdə maraqlı olan qabaqcıl ölkələrdəndir. Yanvar ayının sonlarında İran prezidenti Həsən Ruhani İtalyaya səfər etmişdi.Səfərdə Ruhanini ölkənin iqtisadi-siyasi sahələrində çalışan yüksək səviyyəli nümayandə heyəti müşayiət edirdi. Səfər çərçivəsində iki ölkə arasında 14 əməkdaşlıq sazişi imzalanmışdı.İmzalanan sənədlərin dəyəri 18 milyard dollar təşkil edirdi. Ehtimal olunur ki, səfər çərçivəsində bu sənədlərin icrasına başlanılması üçün işlərin sürətləndirilməsi müzakirə olunacaq. / .