Maide.az

İtaliya xarici işlər naziri Azərbaycana gəlir

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni noyabrın 7-də Azərbaycana rəsmi səfər edəcək.   XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, P. Centiloninin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.   Səfər noyabrın 8-də başa çatacaq. /