Maide.az

İtaliyada sürət qatarı relsdən çıxdı - Ölənlər var

İtaliyada Milan-Bolonya reysi ilə hərəkət edən sürət qatarı relsdən çıxıb.   Trend-in məlumatına görə, hadisə nəticəsində iki maşinist həlak olub.   30 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.   Qeyd olunur ki, qatarın 2 vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.   Sürət dəmir yolu ilə qatarların hərəkəti dayandırılıb, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.