Maide.az

İtaliyada qatarların hərəkəti dayandırıldı - Bomba həyəcanı

İtaliyanın Abrutso vilayətində dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.   Trend-in məlumatına görə, buna səbəb dəmir yolu işçilərinin Montesilvani və Silvi şəhərləri arasında yerləşən xəttdə içərisində məftillər olan sellofan paket aşkar etmələri olub.   Hazırda həmin bölgəyə giriş-çıxış bağlanıb.   Hadisə yeri polisin nəzarətinə götürülüb, paketin araşdırılması üçün xüsusi briqada gözlənilir.