Maide.az

İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb - FOTO

Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqından yardım istəyib.   İtaliyanın mərkəzində “Rigopiano di Farindola” hotelinin qar uçqunu altında qalması nəticəsində 30 nəfər ölüb.   “Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə “SkyTG24” telekanalı məlumat yayıb.   Xəbərdə bildirilib ki, qar uçqunu zamanı hoteldə 30-a yaxın insan olub.   Qeyd edək ki, ötən gün İtaliyada üç dəfə 5 baldan yuxarı zəlzələ baş verib. Yeraltı təkanların episentri ölkənin mərkəz hissəsində yerləşib.   Zəlzələdən sonra qar uçqunu yaranıb.   Məlumata görə, İtaliya hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqından yardım istəyib. /