Maide.az

Taliban yaz hücumlarını açıq elan edir

Əfqanıstandakı Taliban silahlı qruplaşması aprelin 25-də onlayn bəyanat yayaraq yaz hücumları mövsümünü açıq elan edib.   Qruplaşma “Al-Khandaq” adını verdiyi hücumların “amerikalı işğalçıların əzilməsi, öldürülməsi və əsir götürülməsinə” fokuslanacağını bildirib.   Amerikalıların “daxildəki tərəfdarları” – Əfqanıstan hökuməti və hərbçiləri isə ikinci dərəcəli sayılıb.   Bəyanatda hücumun Talibanın Hərbi Komissiyası tərəfindən təşkil olunduğu bildirilir.     Bu arada Əfqanıstanda yeni hücumlar dalğası başlayıb. Aprelin 24-də Fərah və Qəzni vilayətlərində Talibanın ayrı-ayrı hücumlarında azı 11 əfqan əsgər və polis əməkdaşı öldürülüb.   Aprelin 23-də isə Əfqanıstanın qərbində 18 əsgər və polis əməkdaşı qətlə yetirilmişdi.