Taliban qruplaşması daha 47 nəfəri qaçırıb
Taliban terrorçuları Əfqanıstanın şimalında içərisində 47 sərnişin olan avtobusu qaçırıblar. Maide.Az xəbər verir ki, Qonduz əyalətinin polis şöbəsinin sözçüsü Məhfuzullah Əkbəri bu gün səhər Qonduz – Taxar maqistral yolunda qaçırılan sərnişinlərin 47 nəfər olduğunu bildirib. Qeyd edək ki, bir həftə öncədə Taliban silahlıları Qonduz-Taxar yolunda 185 nəfəri girov götürmüş və naməlum istiqamətə aparmışdı. Daha sonra Taliban qaçırılan şəxslərdən 26 nəfərini öldürdüyünü açıqlamışdı.