Maide.az

Taliban qəbul etdiyi konstitusiyanı açıqlayıb

Taliban hökuməti elan edib ki, Əfqanıstanda Məhəmməd Zahir Şahın dövründə qəbul edilmiş konstitusiya  icra olunacaq.    Maide,Az “ufuqnews”-a istinadla xəbər verir ki, bu barədə Taliban hökumətinin Ədliyyə naziri Əbdülhəkim Şəri Əlcəzirəyə açıqlamasında məlumat verib.   O bildirib ki, Məhəmməd Zahir Şah dövründə qəbul edilmiş konstitusiya ölkədə müvəqqəti icra ediləcək.   Taliban hökümətinin naziri bildirib ki, icra olunacaq konstitusiyada "şəriət"in əksinə olan qanunlar istisna edilir.   O həmçinin qeyd edib ki,  beynəlxalq qanunlardan da Taliban prinsiplərinə və “şəriət”ə uyğun olan qanunlara hörmətlə yanaşacaq.    Qeyd edək ki, Zahir Şah 1935-1974 -cü illərdə ölkəyə rəhbərlik edib.