Maide.az

Taliban liderlərinin İranda olması barədə xəbərlər təkzib edilib

İran hökuməti Taliban liderlərinin ölkə ərazisində olması barədə xəbərləri təkzib edib.   Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, Əfqanıstanda bəzi media orqanlarının yaydığı bu tip xəbərlər yalandır: “Tehran və Kabil arasında dost və qardaş münasibətləri iki ölkənin müştərək təhlükəsizliyi və mənafeyi naminə davam etdirilir”.    Qeyd edək ki, Əfqanıstanın bəzi KİV-ləri Taliban qruplaşmasının rəhbərlərinin İranda olması və İranla əməkdaşlıq etməsinə dair xəbərlər yayıb. (apa) /