Maide.az

Taliban Əfqanıstanda daha iki rayonu mühasirəyə alıb

Əfqanıstanda son həftələrdə "Taliban" terror təşilatının hücumları intensivləşib. Xüsusilə də ölkənin 3 şimal əyaləti - Faryab, Taxar və Baqlanda Taliban irimiqyaslı hücumlar təşkil edilir.    Faryab əyalətində Dövlətabad və Pəştunkut rayonları "Taliban" terrorçularının mühasirəsinə düşüb.    Faryab əyalətinin yerli rəsmiləri bildiriblər ki, bu iki rayon süqut etməklə üz-üzə qalıb.    Faryab əyalətinin rəsmiləri mərkəzi dövlətin əlavə qüvvələr ezam etməsini gözləyirlər.   Əfqanıstan hərbi mənbələrindən biri "Sputnik"-ə bildirib ki, son gündə Faryab, Taxar və Baqlan əyalətlərində gedən döyüşlərdə ordunun 7 hərbçisi həlak olub.   Bu arada ABŞ-ın Əfqanıstanla bağlı son hesabatlarından birində bildirilib ki, hazırda hökumətin nəzarətində qalan bölgələr 2015-dən indiyədək ən az ərazilərə şamildir. /Salamnews /