Maide.az

`Taliban` Əfqanıstanın mərkəzindəki Qəzni şəhərinə hücum edib

"Taliban" radikal hərəkatının üzvləri Əfqanıstanın mərkəzindəki Qəzni şəhərinə hecum edib.   Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, "Taliban" üzvləri bir neçə istiqamətdən şəhərə daxil olmağa çalışırlar.   Məlumata əsasən, Kabil-Qəzni avtomagistralı hökümət qüvvələri və terrorçular arasında qarşıdurmalara görə hərəkət üçün bağlanıb.