Maide.az

Taliban Əfqanıstanda ABŞ bazasına raketlə hücum etdi

Əfqanıstanın Pərvan şəhərində yerləşən ABŞ bazasına raketlə hücum olunub. Maide.az-ın verdiyi məlumata görə, hücumda bir amerikalı həlak olub, digəri isə ağır yaralanıb.   "Dünən gecə təşkil olunan hücumda raketin Bagram bazasında vətəndaşların qaldığı əraziyə atılıb" - deyə Əfqanıstandakı Qərarlı Dəstək (RS) missiyasının yazılı açıqlamasında bildirilib.   Raket hücumunda məsuliyyəti Taliban terror təşkilatı öz üzərinə götürüb.