Maide.az

Taleh Bağırovun həbs müddəti iyunun 26-dək uzadılıb

Bu gün Nəsimi rayon Məhkəməsində Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi təqdimata baxılıb.    Maide.az xəbər verir ki, bu barədə lent.az- a T. Bağırovun vəkili Cavad Cavadlı məlumat verib.    O, bildirib ki, məhkəmə onun həbs müddətini iyunun 26-dək uzadıb.    C. Cavadlı T. Bağırovun özünü təqsirli bilmədiyini, məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini deyib.