Maide.az

Tailandın müsəlmanlar yaşayan bölgəsində partlayış baş verib, yaralananlar var

Tailandın cənubunda, əsasən müsəlmanların məskunlaşdığı Pattani şəhərində “Big C” supermarketin yaxınlığında iki partlayış baş verib.   Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 50 nəfər xəsarət alıb. Onların vəziyyəti ağırdır.   Partlayışın birinin zəif, digərinin güclü olduğu bildirilir.   Hadisənin təfərrüatları barədə məlumat verilmir. /