Maide.az

Tacikistan prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlanıb

Tacikistan prezidenti Emomali Rahmonun Azərbaycan səfərinin tarixi açıqlanıb.   APA-nın məlumatına görə, səfər avqustun 9-na planlaşdırılır.    Bildirilir ki, Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.   Qeyd edək ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Özbəkistan və Türkmənistana da səfəri planlaşdırılıb.