Tacikistan İnterpola müraciət etdi: 106 vətəndaşlımızı həbs edin
Tacikistan rəsmiləri Beynəlxalq Polis Təşkilatına müraciət edib, terror qruplaşmalarında üzv olmaqda ittiham olunan 106 Tacik vətəndaşının həbsini istəyib. Maide.az xəbər verir ki, adları Beynəlxalq Polis Təşkilatına verilmiş şəxslərdən 57 nəfər casusluqda ittiham olunur. Onların 90 faizi 18-30 yaşlı gənclərdir. Tacikistan baş prokrorluğunun açıqlamasına görə,hazırda İraq və Suriyada İŞİD sıralarında 1094 nəfər Tacikistan vətəndaşı mövcuddur.