Maide.az

Tacikistanın prezidenti məlum oldu

Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon keçirilən prezident seçkilərinin qalibi elan edildi.    Bu barədə RİA “Novosti” məlumat verib.   Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçicilərin 90,92% -i Rəhmona səs verib.  Son məlumata görə, prezident seçkilərində iştirak payı 85,39% təşkil edib. Bununla birlikdə, səsvermə bir gün öncə, seçici iştirak göstəriciləri 70% həddini keçdiyində baş tutmuş hesab edilmişdi. Qeyd edək ki, ötən gün  keçirilən prezident seçkilərində prezidentlik uğrunda müxtəlif siyasi qüvvələrin beş lideri mübarizə aparırdı: hazırkı Prezident Rəhmon (hakim Xalq Demokratik Partiyası), həmçinin parlamentarilər Miroj Abdulloev (Kommunist Partiyası), Rüstəm Lətifzoda (Aqrar Partiya), Rüstəm Rəhmatzoda (İqtisadi İslahat Partiyası) və Abduhalim Qafforzoda (Sosialist).