Maide.az

Tacikistanda yeni qırğın

Tacikistanda hökumətə qarşı çıxan ölkənin sabiq müdafiə naziri müavini general Abdulhalim Nazarzodanın 4 tərəfdaşı öldürülüb.   ANS PRESS-in məlumatına görə, Vaxdat rayonunda keçirilən əməliyyatlar nəticəsində azı 17 nəfərin həbs olunduğu bildirilir.    Əməliyyatlar nəticəsində üsyançılara məxsus çoxlu sayda silah-sursat da ələ keçirilib. Məlumata görə, hazırda generalın 100-ə yaxın tərəfdarı hökumət qüvvələrindən qaçaraq gizləməyə davam edirlər.   Tacikstan hökuməti general Abdulhalim Nazarzodanı ötən cümə günü 20-dən çox insanın ölümü ilə nəticələnən silahlı basqınlar təşkil etməkdə ittiham edir.